İrandan ABŞ və Fransanın iddialarına cavab

İrandan ABŞ və Fransanın iddialarına cavab

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və Fransanın İranın dünən təqdim etdiyi Xürrəmşəhr-4 adlı uzaqmənzilli strateji raketlə bağlı iddialarına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, Nasir Kənani sosial şəbəkə hesabında etdiyi paylaşımında belə qeyd edib:

"Səddam rejiminin İran şəhərlərini və müdafiəsiz insanlara raketlərlə hücumunda mühüm rol oynamış ABŞ və Fransa kimi Qərb ölkələri bu gün İranın tərəqqisindən və müdafiə iqtidarından narahat olduqlarını bildirirlər. Onlar güclü İrana qarşıdırlar".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mett Millet İranın 2000 kilometr mənzilli yeni ballistik raket sınağı ilə bağlı iddia edib ki, “İranın orta mənzilli ballistik raket sınağı, İranın ballistik raketlər hazırlaması və yerləşdirməsi regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir".

Xəbəri paylaş

VİDEOLAR