İrandan ABŞ-ın yeni sanksiyalarına REAKSİYA

İrandan ABŞ-ın yeni sanksiyalarına REAKSİYA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın İrana qarşı yeni sanksiya qərarına münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, o deyib:

Bu qərar İrana qarşı uğursuz maksimum təzyiq siyasətini davam etdirməyə hesablanmış ABŞ hökumətinin pis niyyətlə davrandığını göstərir. ABŞ-ın hazırkı hökumətinin iddialarının əksinə olaraq, Vaşinqton İran xalqına qarşı təzyiq göstərmək və saxta ittihamlar irəli sürmək üçün hər fürsətdən istifadə edir. Birləşmiş Ştatlar İranla nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyə tam hazır olduğunu iddia etsə də, sazişin əsas prinsipini və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmaqda davam edir”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısına daha bir iranlı şəxsi və bir neçə təşkilatı əlavə edib. O, törəmə qurum  olan Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Məhəmməd Əli Hüseyni və onun DMO, Parçin Kimya Sənayesi və İranı ballistik raketlərin hərəkəti üçün material və komponentlərlə təmin edən şirkətlər şəbəkəsini sanksiyalar siyahısına əlavə edib. ABŞ hökuməti sanksiyaların İranın martın 13-də İraqın Ərbil şəhərinə olan raket hücumundan sonra tətbiq edildiyini iddia edib.

Xəbəri paylaş

VİDEOLAR