İrandan ABŞ-ın Venesuela ilə bağlı qərarına reaksiya

İrandan ABŞ-ın Venesuela ilə bağlı qərarına reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ABŞ-ın Venesuelaya yenidən sanksiyalar tətbiq etmək qərarını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Kənani deyib:

“Belə addımların atılması ölkələrin daxili işlərinə birbaşa müdaxilə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması deməkdir.

Amerikanın sanksiyalardan başqa ölkələrə qarşı alət kimi istifadə etməsi hökumətə, insan haqlarına və insan haqları qanunlarına ziddir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə axşamı bildirib ki, Venesuelada müxalifət namizədlərinin prezident seçkilərində iştirakına qadağa qoyulması səbəbindən ABŞ Venesuelanın qızıl, neft və təbii qaz sektoruna qarşı sanksiyaları yenidən tətbiq edəcək.

Xəbəri paylaş

VİDEOLAR