"Birtərəfli sanksiyalar bəzi ölkələrin mülki insanları aclıqdan öldürmək üçün istifadə etdiyi müharibə üsuludur".
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara münasibət bildirərkən deyib.
BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında çıxış edən Təxt Rəvançi deyib:
"Bu qanunsuz hərəkətlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Hökumət siyasəti kimi birtərəfli sanksiyalardan istifadə edən ölkələr bu cür cinayətlərə görə məsuliyyət daşımalıdırlar".
Təxr Rəvançi ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edərək bildirib:
"İran onilliklər ərzində ABŞ-ın ən sərt iqtisadi və maliyyə sanksiyalarının hədəfi olub. ABŞ sanksiyaları uşaqların, qocaların və xüsusi vəziyyəti olan xəstələrin həyatını birbaşa risk altına qoyur. Faktiki olaraq tibbi dərman və ləvazimatların idxalına qoyulan məhdudiyyətlər nəticəsində bəzi xəstələrin, xüsusən də nadir xəstəliklərdən əziyyət çəkən uşaqların dünyasını dəyişməsi acı bir reallıqdır".