İrandan ABŞ-ın Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsinə reaksiya

İrandan ABŞ-ın Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsinə reaksiya

İran ABŞ-ın Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsinə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani ABŞ-ın Cənubi Çin dənizinə hərbi gəmilər göndərməsinə reaksiya verərək “twitter” hesabında bunları paylaşıb:

“Bölgədə yeni tənliklər formalaşarkən və bölgədənkənar hərbi gücə ehtiyac olmadığı halda, ABŞ-ın Qərbi Asiyaya sualtı və ya hərbi gəmilər göndərməsi ilə bağlı xəbərlərin arxasında rəsmi Vaşinqton administrasiyasının dünyadakı gücünün azalmasını ört-basdır etmək cəhdi dayanır.

  ABŞ hökuməti Qərbi Asiya regionunda müharibələri qızışdırmaqla, qeyri-sabitlik və qarşıdurmanı təşviq etməklə region xalqlarının iradəsinə zidd hərəkət edir.

  Rəsmi Vaşinqton yeni reallıqları dərk etməli və zəifləyən sionist rejimin maraqları naminə Qərbi Asiya regionu və Bəsrə (Fars) körfəzinə müdaxilə cəhdlərindən çəkinməlidir”. 

  Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu Cənub Komandanlığının sözçüsü Tian Junli bildirmişdi ki, ABŞ-ın “Arleigh Burke” sinfinə aid idarəolunan raket sualtı gəmisi “USS Milius” Cənubi Çin dənizindəki Spratli adaları yaxınlığında Çin ərazi sularına girib.

  Çinin Şərq Komandanlığı isə aprelin 8-10 tarixlərində Tayvan boğazında təlim keçiriləcəyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR