İrandan ABŞ-a xəbərdarlıq: Hücuma məruz qalmaq istəmirsinizsə, kənara çəkilin!

İrandan ABŞ-a xəbərdarlıq: Hücuma məruz qalmaq istəmirsinizsə, kənara çəkilin!

İran ABŞ-a xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İranın Dəməşqdəki konsulluğunun vurulmasından sonra İran və sionist İsrail arasında gərginlik artarkən, Tehran İsraillə bağlı Vaşinqtona yazılı mesaj göndərdiyini açıqlayıb.

İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi X sosial media hesabında paylaşdığı mesajda belə deyib:

"İran yazılı mesajında ABŞ rəhbərliyinə (İsrailin baş naziri Benyamin) Netanyahunun tələsinə düşməmək barədə xəbərdarlıq edib. Vurulmamaq üçün kənara çəkilin. Buna cavab olaraq ABŞ İrandan Amerika obyektlərini hədəf almamağı xahiş edib"

Xəbəri paylaş

VİDEOLAR