İrandan ABŞ-a: Hərəkətlərinizə diqqət edin, cavabımız ağır olar...

İrandan ABŞ-a: Hərəkətlərinizə diqqət edin, cavabımız ağır olar...

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü briqada generalı pasdar Əbulfəzl Şekarçi ABŞ-a xəbərdarlıq edib

"Amerikalılar əgər İranın sularına və ya İran xalqının maraqlarına qarşı kiçicik bir hərəkət və ya təcavüz edərlərsə, öncəki sillələrlə müqayisədə bu dəfə üzlərinə möhkəm şapalağın dəyəcəyini hiss edəcəklər."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü general Əbulfəzl Şekarçi deyib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü briqada generalı pasdar Əbulfəzl Şekarçi dünən axşamçağı İranın 2-ci telekanalı ilə müsahibədə deyib: "Amerikalılar psixoloji savaş, öz ümumi fikirlərinə xələl gətirmək, ölkələrinin prezident seçkilərinin gələcək hadisələri üçün yem hazırlamaq və daxili problemlərdən qaçmaq çərçivəsində sözlər deyir və təhdidlər edirlər."

"Ökənin müdafiəsində İranın silahlı qüvvələri bir kəslə zarafat etmir və özlərini hərtərəfli müdafiəyə hazırlayıblar.", -deyə Şekarçi əlavə edib.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü həmçinin "Amerikalıların Fars Körfəzi və Oman dənizi sularında nə işləri var?" sualını verərək, onu belə cavablandırıb: "Qərbi Asiya bölgəsinin ölkələri bu bölgədə təhlükəsizliyi bərqərar etmək qüdrətinə malikdirlər."

ABŞ prezidenti Donald Tramp  Amerikanın dəniz qüvvələrinə Fars Körfəzindəki İran qayıqlarına atəş açmaq əmri verdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR