İran 60 faizə qədər zənginləşdirdiyi uranının bir hissəsindən radiodərman istehsal etməyə başlayıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 60 faiz zənginləşdirilmiş uranın forması "Molybdenum-99" izotopu yaratmaq üçün dəyişdirilib.
Qeyd edək ki, bu izotoplar əsasən "Technetium-99" maddəsinin istehsalı üçün istifadə olunur.
"Technetium-99" maddəsi isə ürəyin əzələləri, bədənin skeleti və daxili orqanların şəklini çəkmək üçün istifadə olunur.
Məlumatda qeyd olunur ki, forması dəyişdirilmiş uranın digər ölkələrə göndərilməsinə ehtiyac olmayacaq və Qərb ölkələri İranın bu addımını tənqid edə bilməyəcək.