İranda ziyarətgahda törədilən terrorla bağlı daha 6 nəfər həbs edilib

İranda ziyarətgahda törədilən terrorla bağlı daha 6 nəfər həbs edilib

İranın Kəşfiyyat Nazirliyi Şirazda Şahçeraq ziyarətgahında törədilən terror aktı ilə bağlı 6 nəfərin həbs edildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamada, "Şirazdakı Şah Çeraq türbəsini hədəf alan terror qrupunun daha 6 üzvü həbs edilib", - deyə bildirilib.

Qeyd edək ki, Kəşfiyyat naziri Seyyid İsmayıl Xətib bu gün verdiyi açıqlamada bu hücumu törədən ikinci şəxsin həbs olunduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR