İranda yerli radar sistemindən istifadə olunub

İranda yerli radar sistemindən istifadə olunub

İran Hərbi Hava Qüvvələri yerli hava hücumundan müdafiə radarı ilə hava hücumundan müdafiə imkanlarını artırır.

Az.rasthaber.com xəbər verir ki, yerli qurğularla istehsal olunan “Binə” radar sistemi İranın Kirman əyalətindəki Bem hava hücumundan müdafiə obyektində quraşdırılıb.

Mərasimdə iştirak edən İranın Hava Hücumundan Müdafiə Komandanı, briqada generalı Əlirza Səbahifərd “Yerli və milli “Binə” radar sistemi iranlı mütəxəssislər tərəfindən ölkəmizin coğrafi və ekoloji şəraitinə uyğun dizayn edilib”, - deyə qeyd edib.

Briqada generalı Əlirza Sabahifərd, "Bu yerli havadan müdafiə radarı ilə ölkənin hava hücumundan müdafiə gücü daha da artacaq", - deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR