İranda yerli hipersəs ballistik raket təqdim ediləcək

İranda yerli hipersəs ballistik raket təqdim ediləcək

İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə İranın yerli hipersəs ballistik raketinin yaxın vaxtlarda təqdim ediləcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmos Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə ölkənin hazırladığı yerli hipersəs ballistik raketlə bağlı açıqlama verib.

Sözügedən raketin sınaqlarının keçirildiyini qeyd edən briqada generalı Hacızadə yerli raketin yaxın zamanda təqdim ediləcəyini açıqlayıb.

Bu raketin yüksək sürətə malik olduğunu bildirən briqada generalı Hacızadə, deyib:

"Bu raket düşmənin raket əleyhinə sistemlərini hədəf alır və raket sahəsində böyük sıçrayışdır".

Xəbəri paylaş

VİDEOLAR