İranda yarım-ağır sualtı qayıqlarının istehsalı başlanacaq - Admiral

İranda yarım-ağır sualtı qayıqlarının istehsalı başlanacaq - Admiral

İran İslam Respublikasının Müadfiə və Silahlı qüvvələrə dəstək nazirliyinin dəniz sənayesi təşkilatının sədri SEPAH üçün yarım ağır və yüngül sualtı qayıqlarının konstruksiya edilməsindən xəbər verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Müadfiə və Silahlı qüvvələrə dəstək nazirliyinin dəniz sənayesi təşkilatının sədri kontr-admiral Əmir Rəstqari İRNA-ya müsahibədə bu sualtı qayıqlarının cari ildən başlanacağının elan edib.

"Bu günə qədər İran İslam Respublikası ordusunun stratejik dəniz qoşunları ölkə daxilində istehsal edilən yüngül və yarımağır sualtı qayıqlarını və xaricdə istehsal olunan ağır sualtı qayıqlarını istifadə edirdi və edir də. Ancaq qərara görə bu ildən SEPAH-in dəniz qoşunlarına yüngül və yarım-ağır sualtı qayıqlarının istehsalı başlanacaq və bu qüvvə bir neçə il ərzində sualtı qayıqlarına sahib olacaqdır.", -deyə general  Rəstqari bildirib.

“Müdafiə nazirliyi müqavimət iqtisadiyyatının simvoludur” deyən Admiral Rəstqari "Bu gün sadəcə dəniz sənayesi təşkilatı deyil bəlkə müdafiə nazirliyinin bütün təşkilatları istehsal gedişinin layihələşdirilməsindən kostruksiyasına qədər heç xarici elementdən istifadə etmir.", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR