İran güc strukturları onu ölkə haqqında saxta məlumatlar yayaraq “xarici kəşfiyyat orqanlarının aləti” olduğunu açıqlamışdılar
Rasthaber Azərbaycan xəbər verir ki, “Telegram”-dakı xəbər kanallarından birinin rəhbəri Ruhulla Zam edam edilib.
Özünü İrandakı iğtişaşların lideri hesab edən Zam öz dağıdıcı fəaliyyətlərinə görə bu gün səhər saatlarında asılaraq cəzalandırılıb.
Bildirilir ki, o, xaricdən idarə etdiyi xəbər kanalı vasitəsi ilə İran barədə saxta məlumatlar yayaraq “xarici kəşfiyyat orqanlarının alətinə” çevrilib.
Xatırladaq ki, Zam 2019-cu il 14 oktyabrda Fransa, ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq və dövlət əleyhinə fəaliyyətinə görə tutulub.