İranda həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu ilə əlaqədar yüzlərlə qadın vaxtından əvvəl azad edilib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam Möhsen Əjeyi bu gün açıqlama verib.
İran Məhkəmə Hakimiyyətinin sədri Həzrət Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə qadın məhbuslar barədə qanuni güzəştlərdən danışaraq deyib:
“Qərargahda həmkarların gördüyü intensiv və təqdirəlayiq işlər nəticəsində həzrət Siddiqə Tahirənin (s.ə) mübarək mövludu münasibəti ilə ölkə üzrə məhkəmələr tərəfindən 975 məhkumun şərti azadlığa buraxılması və 6 minə yaxın məhbusun müvəqqəti evlərinə buraxılması təmin edilib.”