İranda ticarət binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

İranda ticarət binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, İranın Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Vahid Şabani hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib.

Dağıntılar altından 48 nəfəri xilas etmək mümkün olub.

Xatırladaq ki, ticarət binası mayın 23-də çöküb.

Xəbəri paylaş

VİDEOLAR