İranda təhlükəsizlik işçisini qətlə yetirən şəxslər edam edilib

İranda təhlükəsizlik işçisini qətlə yetirən şəxslər edam edilib

Bir neçə ay öncə İranın Kərəc şəhərində “Bəsic” könüllüsü Ruhulla Əcəmiyanı qətlə yetirmiş şəxslər edam ediliblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kərəcdə “Bəsic” könüllüsü Ruhulla Əcəmiyanı qətlə yetirən Məhəmməd-Mehdi Kərəmi və Seyid-Məhəmməd Hüseyni barədə çıxarılmış edam hökmü icra edilib.

Məlumata görə onlar dar ağacından asılaraq edam ediliblər.

Qeyd edək ki, Əcəmiyan və onunla birgə polis qüvvələri ötən noyabr ayının ikisində Kərəcdə etirazçı və iğtişaşçıların hücumuna məruz qalıb. Burada bir neçə polis işçisi ağır yaralanmış, hadisə ilə bağlı onlarla iğtişaşçı saxlanılmışdı.

Xəbəri paylaş

VİDEOLAR