İranda terrorizm maddəsilə axtarışda olan "Ceyşul Ədl" lideri öldürüldü - FOTO

 İranda terrorizm maddəsilə axtarışda olan

Pakistanın Bəlucistan əyalətində "Ceyşul Ədl" terror qruplaşmasının lideri öldürülüb

Pakistanın Bəlucistan əyalətindəki Turbat bölgəsində terrorla mübarizə qurumlarının əməliyyatı zamanı  "Ceyşul Ədl" terror qruplaşmasının lideri Ömər Şahizehi (Molla Ömər Bəluci) öldürülüb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 3 terrorçunun öldürüldüyü önə çəkilir.

İran və Pakistan rəsmiləri hələ ki, bir açıqlma verməyiblər.

İran İslam Respublikasında axtarışda olanlar siyahısında yer alan "Ceyşul Ədl" lideri, 2018-ci ildə İsfahanda İnqilab Keşikçilərini daşıyan avtobusa hücumun təşkilatçısı olduğu bildirilir.

Xəbəri paylaş

VİDEOLAR