İranda terrorçuların qatar stansiyasına hücumunun qarşısı alınıb

İranda terrorçuların qatar stansiyasına hücumunun qarşısı alınıb

İranın Sistan-Bəluçistan əyalətinin Zahidan şəhəri yaxınlığında qatar stansiyasına silahlı hücum edilib. Hücumun qarşısı alınıb.

Az.rasthaber.com xəbər verir ki, Zahidan yaxınlığında Xəncək qatar stansiyasının ələ keçirilməsi üçün silahlı hücum həyata keçirilib.

Terrorçularla yarım saat silahlı qarşıdurma olub. Onlar müqavimətin olduğunu görərək, uzaqlaşıblar.

Qeyd edək ki, ötən həftə Zahidanda eyni zamanda üç polis mərkəzinə hücum edilib. Burada dörd təhlükəsizlik işçisi həlak olmuşdu.

Zahidan şəhərində polis idarələrinə basqınla eyni zamanda şəhərdə planlaşdırılan iğtişaşlar zamanı bir neçə bank yarılıb və yandırılıb.

Bu hücumu İranın cənub-şərqində vaxtaşırı terror hücumları həyata keçirən “Ceyşul-Ədl” öhdəsinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR