Hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İranın Xuzestan vilayətində keçirilən xüsusi əməliyyat zamanı Əl-Əhvaz terror təşkilatının 8 üzvü məhv edilib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Heydər Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, silahlı qruplaşma ötən 6 ay müddətində Xuzistan vilayətində ağır cinayətlər törədiblər.
Terrorçular polis zabitini qətlə yetirib, Sepah bazalarına, dini təhsil verən məktəblərə silahlı basqınlar ediblər.
Silahlıların evlərində və iş yerlərində aparılan axtarış zamanı Əl-Əhvaz terror təşkilatının bayrağı tapılıb.
H.Abbaszadə onu da nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və terror təşkilatı ilə əlaqəli olan adamlar müəyyən edilir.