İranda terrorçu dəstə yaxalanıb

İranda terrorçu dəstə yaxalanıb

İran Sərhəd Birliklərinin komandiri, briqada generalı Əhməd Əli Quderzi ölkəyə çoxlu sayda silah-sursat gətirməyə çalışan terrorçu dəstənin ələ keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Briqada generalı Quderzi, sözügedən terrorçu dəstənin ölkədə keçiriləcək Ərbəin mərasimləri zamanı terror aktı hazırladığını bildirib.

Ötən ay da İran Kəşfiyyat Nazirliyinin İnqilab Keşikçiləri Korpusunun "Seyyid-i Şühəda Həmzə" Qərargahı ilə birgə keçirdiyi əməliyyatla separatçı terror dəstəsinə ağır zərbə vurulmuşdu.

Xəbəri paylaş

VİDEOLAR