Rasthaber xəbər verir ki, bu gün İranın Kirman şəhərində şəhər qəbiristanlığına gedən yollardan birində qorxulu partlayış səsi eşidilib.
İRNA-nın məlumatına görə, birinci partlayış Qasım Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə məzarın bir kilometrliyində baş verib və nəzarət qapısından kənarda olub.
Partlayışın qorxulu səsini eşidən insanlar sürətlə Kerman qəbiristanlığına gedən küçələri tərk ediblər. Təcili yardım maşınları partlayış yerinə doğru hərəkət edir.
Kerman təcili yardımının direktoru bildirib ki, indiyədək bu hadisədə 70-dən çox yaralı Kirmandakı xəstəxanalara aparılıb, daha 46 nəfər ölüb.
Kerman qubernatorunun təhlükəsizlik üzrə müavini mediaya müsahibəsində baş verən iki partlayışın terror aktı olduğunu təsdiqləyib.
İRNA müxbirlərinin verdiyi xəbərlərə görə, bir neçə dəqiqə əvvəl birinci partlayışdan çox aralıda ikinci partlayış səsi eşidilib və xilasetmə xidmətləri də sürətlə hadisə yerinə gəlib.