İranda terror hücumunda həyatını itirənlərin sayı 95-ə çatıb

İranda terror hücumunda həyatını itirənlərin sayı 95-ə çatıb

Yanvarın 3-də İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki hücumunda ölənlərin sayı 95-ə yüksəlib.

Az.rasthaber.org xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Kirman Təcili Yardım Mərkəzinin sözçüsü Muhammed Saberi hücumda yaralanan və müalicə olunan 11 yaşlı Nazənin Açekzehi adlı qızın bu gün dünyasını dəyişdiyini, ölənlərin sayının 95-ə yüksəldiyini bildirib.
Şəhid Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə yanvarın 3-də anım mərasiminin keçirildiyi Kirmanda iki hücum törədildi.
İran rəsmiləri hücumun terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlamışdı.
Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.
Hadisədən sonra həyata keçirilən əməliyyatlar nəticəsində 6 əyalətdə 35 nəfərin saxlanıldığı, terrorçu-kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu bildirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR