İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri prezident seçkilərində verilən səslərin hesablanması barədə məlumat verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Camal Orf bildirib ki, bu dəqiqəyədək 28 milyon 600 çin səs sayılıb. Hesablamaya əsasən ilkin nəticə belədir:
İbrahim Rəisi 17 milyon 800 min səs
Möhsün Rzayi 3 milyon 300 min səs
Əbdünnasir Himməti 2 milyon 400 min sıs
Əmirhüseyn Qazizadə Haşimi 1 milyon səs
Seçki Qərargahının məlumatında deyilir ki, İbrahim Rəisi səslərin 62 faizini, Möhsün Rzayi 11, Əbdünnasir Himməti 8, Qazizadə Haşimi isə 3 faizini əldə ediblər.