İranda silahlıların hücumunda iki təhlükəsizlik işçisi həlak olub

İranda silahlıların hücumunda iki təhlükəsizlik işçisi həlak olub

İranın şimalında yerləşən Amolda silahlıların ölkənin mülki müdafiə qüvvələrindən olan “Bəsic”ə hücumunda iki nəfər həlak olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, silahlı hücumda Bəsic qüvvələrindən iki gənc həyatını itirib. Onlar silahsız olublar.

İran mətbuatı Amol şəhərində həyata keçirilən hücumun görüntülərini yayımlayıblar.

İran təhlükəsizlik qüvvələri hücuma keçənlərin kimliyinin müəyyənləşməsi və ələ keçirilməsi üçün addımlar atır.

Qeyd edək ki, İranda Məhsa Əminin 40-na təsadüf edən 26 oktyabrda bir sıra şəhərlərdə xüsusilə də Qərbi-Azərbaycan əyalətinin kürdlərin kompakt yaşadığı Məhabad şəhərində iğtişaşlarda bir neçə bank və dövlət obyekti yandırılıb. Bu şəhərin Polis rəisinin müavini də yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR