İranda silahlı terror qruplaşması iş başında yaxalandı

İranda silahlı terror qruplaşması iş başında yaxalandı

İranın Saravan şəhərində ictimai yerdə terror əməliyyatı həyata keçirməyə cəhd edən silahlı terrorçular İran təhlükəsizlik qüvvələrinin sayıqlığı ilə ələ keçirilib.

Az.rasthaber.com xəbər verir ki, İran Təhlükəsizlik Nazirliyi hələ ki, terrorçuların sayı və hansı ölkə vətəndaşı olduğu barədə açıqlama verməyib.
Qeyd edək ki, tez-tez Türkiyədə terror hücumları həyata keçirən PKK-PYD terror təşkilatı son günlər İrandakı iğtişaşlar və qarışıqlıqlardan istifadə edərək bu ölkədə terror əməliyyatları həyata keçirməyə cəhd edir.
İŞİD terrorçuları da İranda ictimai yerlərdə terror əməliyyatı keçirməyə cəhd edən qruplar arasındadır.

Xəbəri paylaş

VİDEOLAR