İranda sel fəalkəti: 3 nəfər ölüb - FOTO

İranda sel fəalkəti: 3 nəfər ölüb - FOTO

Sel zamanı 3 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Kirman, Hürmüzgan və Sistan-Bəlucistan vilayətlərində intensiv yağışlardan sonra yaranan sel zamanı 3 nəfər ölüb.

İranın Təcili Yardım Xidmətinin sözcüsü Müctəba Xalidi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, sel zamanı 3 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Sel bölgələrinə yardımın çatdırılması istiqamətində işlərin aparıldığını qeyd edən Xalidi, sel bölgəsinə hava təcili yardımlarının göndərildiyini də önə çəkib.

İran Qızıl Ay təşkilatı avtomobil gedə bilməyən bölgələrə, vertolyotlarla yardım göndərib.

Xəbəri paylaş

VİDEOLAR