İranda seçkilər keçirilir - Parlament və Xobreqan üzvləri seçiləcək

İranda seçkilər keçirilir - Parlament və Xobreqan üzvləri seçiləcək

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə ilk ara seçkiləri Tehran vaxtı ilə bu gün səhər saat 8-də başlayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri bütün ölkə boyu 208 seçki dairəsində 290 nümayəndəni seçmək üçün keçirilir.

İran Daxili İşlər Nazirliyinin seçki qərargahının sədri Cəmal Orf İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 7157 namizədin rəqabət apardığını bildirib. Qeyd edib ki, ölkə boyu 54 mindən çox seçki məntəqəsi təşkil edilib.

Parlament seçkilərinin öncəki çağırışlarında iştirakın 60 faiz olduğunu bildirən  Orf bildirib ki,  İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 57 milyon 918 min nəfər səsvermə haqqına malikdir. Bunların iki milyon 931 min nəfəri ilk dəfədir ki, seçkilərdə iştirak edir.

İranın seçki məcəlləsinə əsasən, səsvermə yaşı tam 18 yaşdır.

Xəbəri paylaş

VİDEOLAR