İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü açıqlama verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri nəticələrinin 178 seçki dairəsində qətiləşdiyini bildirib.
Seyyid İsmail Musəvi deyib bu haqda deyib: "208 seçki dairəsindən səslərin sayılışından sonra 178 seçki dairəsinin nəticələri qəti surətdə məlum olub."
" İndiyədək yeddi seçki dairəsinin işi ikinci tura çəkibdir. İri şəhərlərin nəticələri maksimum bazar gününədək elan olunacaq.", -deyə Musəvi əlavə edib.
İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü bildirib ki, seçkilərdə iştirak miqdarı sonuncu seçki dairəsinin nəticələrinin elan olunması ilə elan ediləcək.
İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri 208, Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri isə beş seçki dairəsində cümə günü bütün İranda keçirilib.