İranda Qarabağla bağlı konfrans keçirilib - ƏTRAFLI, FOTO

İranda Qarabağla bağlı konfrans keçirilib - ƏTRAFLI, FOTO

İranın Qum şəhərində “17 Rəbiul-Əvvəl" Beynəlxalq Konfransı keçirilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu  gün İranın Qum şəhərində Qarabağla bağlı "17 Rəbiul-Əvvəl" Beynəlxalq Konfransı keçirilib.

Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, Ayətullah Xameneinin  Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxışı zamanı qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Azərbaycan dost ölkələrin köməyi ilə mübarizə aparıb. Lakin həmin dövrdə Azərbaycanın gələcəyini təmin edəcək lideri yox idi: “Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsi və onun qonşu ölkələrlə münasibətləri möhkəmləndirməsi ilə Azərbaycanın İranla əlaqələri gücləndi və bugünədək davam edir”.

B.Hüseynov qeyd edib ki, Azərbaycan xalqı İranın istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsindəki dəstəyini unutmayıb və unutmayacaq.

Səfir Qarabağın bərpası sahəsində Azərbaycan və İran arasında əməkdaşlıq ediləcəyini də deyib.

 İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında danışıb.

O çıxışı zamanı "Dağlıq Qarabağ Qafqaz bölgəsindəki ən mürəkkəb və uzun müddətli böhranlardan biridir və əlbəttə ki, Qafqaz bölgəsi çox keşməkeşli bir tarixə malikdir və Qarabağ həmişə gərginlik və böhran məkanı olubdur, beləki Sovet İttifaqının dağılmasından sonra 90-ci illərdə bu bölgə müharibə məkanına çevrilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra beynəlxalq ictimaiyyət böhranın həllindən aciz qaldı və o zaman Azərbaycan Respublikasına çox köməklik göstərildi və hətta bir neçə şəhid də verildi. Azərbaycan hökuməti və xalqı işğal altında olan ərazilərini hərbi yolla azad etməyə qərar verdilər və İranın mövqeyi daima işğala qarşı çıxmaq olubdur və bu istiqamətdə Azərbaycan Respublikası ilə Xudafərin su bəndinin inşasına dair müqavilənin bağlanması öz-özlüyündə Azərbaycan Respublikasının Qarabağ üzərində suverenliyinin tanınmasını göstərir"., -deyə bildirib.

O, sanksiya dönəmində İranla Azərbaycan Respublikası arasındakı əlaqələrin təbii formada davam atdiyini bəyan edərək deyib: "Azərbaycan Respublikası ilə münasibətlərimizi qarşılıqlı hörmət və maraqların qorunması əsasında davam etdiririk".

İraqçi qeyd edib ki, Qarabağ müharibəsinin başlanmasından sonra İran İslam Respublikası hərbi əməliyyatların dayandırılması və işğal olunmuş ərazilərin geri qaytarılması, həmçinin dayanıqlı bir həll yolu tapmaq və bölgə ölkələri arasında tranzit xəttləri yaratmaq üçün danışıqlara başlanılmasına dair bir plan hazırladı ki, rəğbətlə qarşılandı.

O, sözlərinin davamında deyib: "Qarabağ böhranında tutduğumuz bütün mövqelərin başında İslam İnqilabının Rəhbərinin təlimatları dayanır ki, çox təsirli idi və bütün bu illərdə onun təlimlərinə uyğun hərəkət etmişik".

"Hazırda İranla Azərbaycan Respublikası arasında siyasi, sosial və mədəni əlaqələr ən yüksək səviyyədədir və biz mütləq iki tərəf arasındakı yaxşı münasibətləri davam etdirəcəyik və bütün ölkələrləmehriban qonşuluq siyasəti davam etdiriləcək", - deyə İranın xarici işlər nazirinin müavini qeyd edib.

Dini Elmlər Hövzələrinin müdiri Ayətullah Ərafi Dini Elmlər Hövzələri İdarəetmə Mərkəzinin təşəbbüsü ilə və İslam İnqilabının Rəhbərinin bəyanatını şərh etmək məqsədilə keçirilən Beynəlxalq "17 Rəbiül-Əvvəl Qarabağ" konfransında deyib: "Bu konfransın İslam düşüncəsinin əsas bazalarından biri olaraq və İslam İnqilabının əsasını qoyan şəhər kimi Qumda keçirilməsinin xüsusi anlamı vardır və o da budur ki, bizim böyük din xadimlərimiz İslam dünyasının mühüm mövzularında mövqeyə sahibdirlər".

Dini Elmlər Hövzələrinin müdiri İslam alimlərinin Qarabağ məsələsində 17 Rəbiül-Əvvəl diskursunu rəhbər tutduqlarını bəyan edərək qeyd edib ki, İslam İnqilabının İslam ümməti dairəsindəki diskursu inteqrasiyaya və dayanıqlı müqavimətə dəvətdir; Zalımların, zorakıların və İslam Ümmətinə təcavüz edənlərin qarşısında şücaət İslam İnqilabı diskursunun sütunlarından biridir".

 

Xəbəri paylaş

VİDEOLAR