İranın narkotik maddələrlə mübarizə üzrə qərargahın baş katibi ötən ilin hesabatını açıqlayıb.
İranın narkotik maddələrlə mübarizə üzrə qərargahın baş katibi İskəndər Mömini bildirib ki, "2020-ci ildə təxminən min 200 ton narkotik maddə qaçaqmalçılardan müsadirə edilib ki, bu da keçən illə müqayisədə 41 faiz artımı göstərir".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İskəndər Mömini, İran İslam Respublikasının narkotiklərlə mübarizə üzrə beynəlxalq əməkdaşlıq sahəsindəki hərəkətləri və nailiyyətlərinə dair ixtisaslaşdırılmış iclasda deyib: "Narkotiklərlə mübarizəyə baxmayaraq, son illərdə dünyada narkotik maddələrin istehsalı artıbdır, belə ki son 10 ildə narkotik vasitələrin istehsalı, ticarəti və istehlakı iki dəfə artıb, bu da beynəlxalq mübarizənin yetərli və uğurlu olmadığını göstərir. Regionda, xüsusilə də Əfqanıstanda ənənəvi və ya sənaye üsulu ilə hazırlanan narkotik maddələrin artımının şahidiyik, xüsusilə də Əfqanıstanın ABŞ tərəfindən işğal edildiyi müddətdə narkotik maddələrin becərilməsi və istehsalında heyrətləndirici artım qeydə alınıb, belə ki, onların becərilməsi 50 dəfə artıb".