İranda nüvə alimlərinin və elmi müəssisələrin səyi nəticəsində, reaktorlarda istifadə edilən sızma aşkar edən cihaz hazırlanıb.
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, Tehran Nüvə Tədqiqat Reaktorunda quraşdırılan sistem, həm onlayn, həm də oflayn rejimdə işləmək imkanına malikdir.
Bundan əvvəl, nüvə yanacağının sızması, Tehran reaktorundan kənarda, laboratoriyada sınaqdan keçirilməli idi. Lakin, yeni sistemlə reaktor yanacağına nəzarət şərtləri yerinə yetirilib.
Bu sistemin texniki məlumatları İran şirkətləri və nüvə alimlərinin səyi ilə lokallaşdırılmışdır.