İranda nüvə alimi sui-qəsd zamanı qətlə yetirilib - FOTO

İranda nüvə alimi sui-qəsd zamanı qətlə yetirilib - FOTO

Nüvə aliminə qarşı terror törədilib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu gün günortadan sonra terror aktı zamanı Dəmavənd ətrafında yerləşən Absərd şəhərində Dr. Mohsen Fəxrizadə hücuma məruz qalıb.
Rəsmi məlumatlara görə,  Dr. Fəxrizadə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hücum zamanı ölən və yaralanların olduğu önə çəkilir.

Qeyd edək ki, İranın Müdafiə Nazirliyinin Fizika Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışan Fəxrizadə ABŞ-ın Foreign Policy nəşrinin dünyanın ən güclü 500 alimi siyahısında yer almışdı. ABŞ onun adını sanksiya tətbiq olunan İran rəsmilərinin siyahısına salmışdı.

Xəbəri paylaş

VİDEOLAR