İran prezidenti Həsən Ruhani “Covid-19” epidemiyasında yeni dalğa narahatlığı ilə əlaqədar 21 martda başlayacaq Novruz Bayramında yüksək və orta riskli şəhərlərə səfərlərin qadağan edildiyini bildirib.
İran rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Koronayla Milli Mübarizə Təşkilatı Ruhaninin sədrliyi ilə paytaxt Tehranda toplanıb. Yığıncaqda son vaxtlar yoluxma hallarının artdığı yerlərdə epidemiyanı idarə altına almağın vacib olduğunu dilə gətirən prezident deyib: "Bu gün Novruz Bayramı üçün qırmızı və narıncı kateqoriyadakı şəhərlərə səfərləri qadağan etmək qərarına gəldik. Kimsə bu şəhərlərə getməyi planlamasın. Mümkün olduğu qədər alış-verişi internet üzərindən etmək lazımdır. Novruz Bayramında şəhərlərarası səfərin artması yoluxma riskini çoxaldır. Bu səbəbdən xalqı gəzintilərdən uzaq olmağa və tədbirlərə riayət etməyə çağırıram.”