İranda narkotiklə mübarizədə 1000-dən çox polis və təhlükəsizlik qüvvələri şəhid verib

İranda narkotiklə mübarizədə 1000-dən çox polis və təhlükəsizlik qüvvələri şəhid verib

İran səfiri ölkəsinin narkotiklə apardığı mübarizə barədə məlumat verib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, İran dünyanın ən böyük narkotik tranziti yolunun üzərində yerləşir və Əfqanıstanda istehsal olunan narkotik İran yolu qaçaqmalçılar üçün ən yaxın yol hesab olunur:

“Biz bununla mübarizədə işlər görürük, İranda 1000-dən çox polis və təhlükəsizlik qüvvələri şəhid verib. Biz bu bəlanın yayılmasının qarşısını həm İranın daxilində, həm də digər ölkələrdə almağa çalışırıq. Bu kartellər geniş şəbəkəyə malikdir. Onların qarşısını almaq üçün ölkələrin polis və təhlükəsizlik qüvvələri əməkdaşlıq edir”.

Xəbəri paylaş

VİDEOLAR