İranda koronavirusun müalicəsində effektiv olan 5 dərman icad edilib

İranda koronavirusun müalicəsində effektiv olan 5 dərman icad edilib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu haqda açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Koronavirus Xəstəliyi ilə Milli Mübarizə Qərargahının iclasında deyib: "Koronavirusun müalicəsində təsirli ola biləcək dərmanlar baxımından ölkədə çox yaxşı işlər görülüb və belə bir halda, qarşıdakı həftələrdə bir dərman təqdim olunacaq".

Ruhani həmçinin İranda vaksin istehsalı üzrə səylərin davam etməsinə işarə edərək qeyd edib ki,  tədqiqatçıların bu sahədəki səyləri də yaxşı nailiyyətlər əldə edəcək.

İran İslam Respublikasının prezidenti sonra bir daha ölkənin müalicə kadrına təşəkkür edib. Bildirib ki, sağlamlığın müdafiəsi cəbhəsinin insan qüvvələrinin asayişi, məqsədi və sağlamlığının qorunması zəruridir.

Səhiyyə nazirliyinin son statistikalarına görə, ölkədə COVID-19 xəstələrinin sayı təqribən 269 min nəfərə çatıb ki, bu miqdardan 232 mindən çox xəstə sağalıb və xəstəxanalardan buraxılıb.

Xəbəri paylaş

VİDEOLAR