İranlı startap şirkətlər bundan öncə də koronavirusu diaqnoz edən sınaq şüşələri düzəltməyə müvəffəq olub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranda "Covid-19 Elmi Komitəsi"nin üzvü koronavirusa yoluxan şəxslərin müəyyən və müalicə edilmələri istiqamətində iranlı startap şirkətlər tərəfindən düzəldilmiş dərmanların kliniki sınağına başlanılıb.
İranda "Covid-19 Elmi Komitəsi"nin üzvü Mostəfa Qanei koronavirusa yoluxan şəxslərin diaqnoz və müalicə edilmələri istiqamətində iranlı startap şirkətlərin məhsullarının son vəziyyəti barədə deyib ki, hazırda iki iranlı şirkət iki bitki dərmanı düzəltməkdədir. Bu dərmanlar koronavirusa yoluxanların müalicəsində istifadə olunacaq.
"Həmçinin iki digər şirkət də iki başqa dərmanın istehsalı sahəsində fəaliyyət göstərir. Onların dərmanı koronavirus əlamətlərinə malik olan şəxslərdə istifadə ediləcəkdir ki, boğaz və burunu hər cür virusdan təmizləmiş olsun.", -deyə Qanei əlavə edib.
İranda "Covid-19 Elmi Komitəsi"nin üzvü bildirib ki, bu dərmanlar İranın səhiyyə nazilrliyinin əxlaq komitəsinin təsdiqnaməsini alıblar. O, deyib ki, bu dərmanların kliniki sınaqları martın beşindən başlanıb.
Qanei həmçinin qeyd edib ki, həmin dərmanların kliniki sınaqları iki həftə davam edəcək. O qeyd edib ki, əgər bu sınaqların cavabı müsbət olarsa, iranlı şirkətlər onların iri həcmdə istehsalına başlayacaqlar.
İranlı startap şirkətlər bundan öncə də koronavirusu diaqnoz edən sınaq şüşələri düzəltməyə müvəffəq olub.
Rəsmi şəkildə COVİD-19 adlandırılan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çindən əlavə, 103 ölkəyə sirayət edib.
Son məlumatlara görə, indiyədək dünyada 110 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 62 min nəfərdən çox insan sağalıb, təqribən 3800 nəfər isə vəfat edib.