İranda koronavirusdan sağalanların sayı 71 minə çatır

İranda koronavirusdan sağalanların sayı 71 minə çatır

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 70 min 933 nəfər sağalıb və xəstəxanalardan buraxılıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour dünən müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 991 yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 91 min 472 nəfər COVID-19-a yoluxub.

"Bu gün 36 gündən sonra COVID-19-a gündəlik yoluxma ilə yeni halların sayı mindən aşağı olub.", -deyə Kiyanuş Cəhanpour əlavə edib.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 96 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 5 min 806 nəfərə çatıb.

Dünyada da koronavirusa yoluxanların sayı üç milyon nəfəri ötüb keçib. Onlardan azı 207 min nəfər həyatını itirib, 883 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

Xəbəri paylaş

VİDEOLAR