İranda koronavirusa yoluxanların 75 faizdən çoxu sağalıb

İranda koronavirusa yoluxanların 75 faizdən çoxu sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Larinin sözlərinə görə, ölkədə koronavirusdan sağalanların sayı artır

Rasthaber Azərbaycan xəbər verir ki, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari ölkədə koronavirusa yoluxanların və həyatlarını itirənlərin son sayını elan edərək deyib: "Ötən sutka ərzində və bu gün günortayədək qəti diaqnoz meyarlarına əsasən, İranda 7121 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1085 nəfər xəstəxanaya yerləşdirilib,"

Gün ərzində 178 nəfər dünyasını dəyişib və ümumi ölənlərin sayı 53273 nəfərə çatıb.

İranda koronavirusa yoluxanların ümumi sayının 1145651 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, xoşbəxtlikdən indiyədək İranda 865474 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Bu günə qədər sağalanlar ümumi yoluxma sayının 75.54 faizini, ölənlər 4.65 faizini təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR