İranda koronavirusa yoluxanların 43 mindən çoxu sağalıb

İranda koronavirusa yoluxanların 43 mindən çoxu sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 43 min 894 nəfər sağalıb və xəstəxanalardan buraxılıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı barədə indiyədək İranda 71 min 686 nəfərin koronavirusa yoluxdğunu bildirib.

"Ötən sutka ərzində və qəti diaqnoz meyarlarına əsasən, İranda COVID-19-a 1657 yeni yoluxma halı aşkar edilib, 117 koronaviruslu xəstənin vəfat edib. Ümumilikdə isə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 4474 nəfərə çatıb", -deyə Cəhanpour əlavə edib.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

Xəbəri paylaş

VİDEOLAR