İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 913 nəfər sağalıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün deyib: İndiyədək İranda koronavirusa qəti yoluxma halı 4747 nəfərə, ondan irəli gələn ölüm halı isə 124 nəfərə çatıb.
Cəhanpour əlavə edib: 15981 nəfərdən çox şübhəli hal da xəstəxanalara yatırılıb və laboratoriyaların sayının artmasına görə, diaqnoz halları da artıb.
Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.
Bu virus indiyə kimi Çinin 30 əyalətindən əlavə, 86 ölkəyə də sirayət edib.