İranda koronavirusa qarşı iki peyvənd dərmanının insanlar üzərində sınaqlarına başlanılıb.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə İran Tibb Elmləri Universitetinin rektoru bildirib.
O, sınaqlar üçün xeyli sayda könüllünün toplandığını deyib.
Qeyd edək ki, daha əvvəl hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səmərəsi təsdiqlənən dərmanları almağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, İran Ərzaq və Dərman Təşkilatının sözçüsü Kianuş Cahanpur beş adda yerli peyvənd dərmanının ÜST siyahısına salındığını açıqlayıb.
İranda rəsmi olaraq ilk yoluxmalarının qeydə alındığı fevralın 19-dan indiyədək COVID-19 virusuna 749 525 nəfər yoluxub ki, bunlardan 41 034 nəfər ölüb.