İranda koronavirus vaksininin insan üzərində sınağı başlayır

İranda koronavirus vaksininin insan üzərində sınağı başlayır

İranın səhiyyə naziri tezliklə bu vaksinin insan nümunəsi üzərində sınağı başlanacaq.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər  verir ki, Səid Nəməki dünən səhiyyə nazirlərinin Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi bölgəsi üzrə videokonfrans formasında keçirilən 67-ci iclasında bu haqda danışıb.

"Bəzi ölkələr qrip vaksininin İrana idxal edilməsi sahəsində bir çox problem yaratdılar və qiymət artımından əlavə, bu vaksinin idxal edilməsi üçün maneələr mövcuddur. Amerikanın qəddar sanksiyaları Remdesivir və Favipiravir kimi dərmanların təmini üçün bir çox problem yaradıb. Bu dərmanlar hal-hazırda İranda istehsal edilir və ölkədə yeddi tədqiqat qrupu da koronavirus vaksininin istehsalı üzərində işləyir.", -deyə iranlı nazir bildirib.

İranın səhiyyə naziri daxildə istehsal olunmuş koronavirus vaksininin heyvan üzərindəki sınağının müsbət nəticələrinə işarə edərək deyib ki, tezliklə bu vaksinin insan nümunəsi üzərində sınağı da başlanacaq.

Nəməki həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və digər regional və beynəlxalq təşkilatlardan istəyib ki, hərtərəfli təsirli əməkdaşlıqla qanunsuz birtərəfli sanksiyalara son qoyaraq, COVID-19 pandemiyasının tez bir zamanda başa çatmasını təmin etsinlər.

Xəbəri paylaş

VİDEOLAR