Qərb, Amerika və uşaq qatili olan sionist casus təşkilatlarındakı ağalarının əmri ilə sevimli İslami İran ölkəmizə qarşı çoxsaylı terror əməliyyatları planlaşdıran “Tondər” kimi tanınan Kral Assosiasiyasının muzdlu dəstəsinin başçısı Cəmşid Şarməhd edam edilib.
Rasthaber xəbər verir ki, hüquqi proses və məhkəmə qərarının Ali Məhkəmədə yekun təsdiqindən sonra Tondər terror qruplaşmasının rəhbəri Cəmşid Şarməhdin hökmü bazar ertəsi 28 oktyabr səhər saatlarında icra edilib.
“Tondər” kimi tanınan Kral Assosiasiyasının muzdlu dəstəsinin başçısı Cəmşid Şarməhd Qərb, Amerika və uşaq qatili olan sionist casus təşkilatlarındakı ağalarının əmri ilə illərdir sevimli ölkəmiz İslami İrana qarşı çoxsaylı terror əməliyyatları planlaşdırırdı.
Bunların arasında Şirazda Seyyid əş-Şühəda (ə) hüseyniyyəsinə bomba qoyulması və partladılmasını qeyd etmək olar. Bu terror aktı nəticəsində 200-dən çox İran vətəndaşı şəhid oldu və yaralandı.
Şəhidlər arasında 5 günahsız qadın və azyaşlı uşaq da qanına qəltan edildi.
Çoxsaylı terror ittihamları ilə beynəlxalq axtarışda olan bu terrorçu məzlum Şiraz əhalisinin qırğınından illər sonra Avropa və Amerika ölkələrinin evsahibliyindən bəhrələndiyi və onların kəşfiyyat orqanlarının kompleks himayəsi və mühafizəsində olduğu bir vaxtda kəşfiyyat qüvvələri tərəfindən saxlanıldı.
Tondər muzdlu və terror qruplaşmasının İran xalqına qarşı illərlə etdiyi şər və cinayətlərdən sonra nəhayət, yüzlərlə günahsız iranlının şəhadətinə və yaralanmasına səbəb olan Cəmşid Şarməhd səlahiyyətli məhkəmənin hökmü ilə mühakimə olundu və oktyabrın 28-də etdiyi əməllərə görə cəzalandırıldı.