İranda İsrail rejimi ilə əlaqəsi olan Bəhai casus qrupunun üzvləri həbs edilib

İranda İsrail rejimi ilə əlaqəsi olan Bəhai casus qrupunun üzvləri həbs edilib

İranın Kəşfiyyat Nazirliyi İsraildən göndərilən Bəhai dininə mənsub agentlərin həbs edildiyini açıqlayıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İranda İsrail rejimi ilə əlaqəsi olan bəhai casus qrupunun üzvləri həbs edilib.

Mövzu ilə bağlı Kəşfiyyat Nazirliyindən verilən açıqlamada bildirilib:

"Həbs olunanların birbaşa Fələstin ərazilərində yerləşən qondarma "Ali Ədalət Evi" ilə əlaqəsi var idi. 

Kəşfiyyat sənədləri göstərir ki, Ali Ədliyyə Palatasının İranda saxta bəhai inancını dirçəltmək planı çərçivəsində həbs olunan şəxslərə məlumat toplamaq üçün xüsusi göstərişlər verilib".

Bəyanatda həbs edilmiş şəxslərin xaricdə Sionist Partiyası ilə bir neçə dəfə görüşdüyü və bu qrupun sionistlərə hicab əleyhinə fəaliyyətləri barədə məlumat verdiyi bildirilib.

Kəşfiyyat Nazirliyi Qərbin və İsrail rejiminin qara təbliğatına və psixoloji müharibələrinə baxmayaraq, casus agentlərlə mübarizəni qətiyyətlə davam etdirəcəyini bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR