İranda İslami Nizamın qüdrətini himayə yürüşü keçiriləcək

İranda İslami Nizamın qüdrətini himayə yürüşü keçiriləcək

İslami Təblıiğat üzrə Koordinasiya Şurası açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu haqda İslami Təblıiğat üzrə Koordinasiya Şurası açıqlama yayıb.

Açıqlamaya görə, ardıcıl xalq xahişlərinə əsasən  müqəddəs İslam Respublikası quruluşunun qüdrəti və əzəmətini himayə istiqamətində bu gün ibadi-siyasi cümə namazının qılınmasından sonra Tehran şəhəri istisna olmaqla ümumölkə yürüşü keçiriləcək.

Tehranın cümə namazı qərargahı bundan öncə bir məlumatda bildirmişdi ki, İslam İnqilabı qələbəsinin ildönümü günü ərəfəsində bu həftənin cümə namazı Həzrət Ayətullah Xameneinin imaməti ilə İmam Xomeyni(r.ə.) adına müsəllada qılınacaq və İslami İranın mömin və başıuca xalqı bir daha öz həmrəylik və əzəmət səhnələrini göz önünə qoyacaq.

Xəbəri paylaş

VİDEOLAR