10.02.2025 14:47:02
İranda İslam İnqilabının 46-ci ildönümü qeyd edilir.
Az.rasthaber.com xəbər verir ki, bir neçə gündür ki, İranın şəhərlərində inqilabın qələbə ildönümülə bağlı yürüşlər keçirilir.
Bu gün keçirilən yürüşə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.
Qeyd edək ki, İslam İnqilabı 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin sürgündən qayıtmasından sonra Şah rejiminə qarşı kütləvi etirazlardan sonra mümkün olmuşdur.