İranın Şiraz şəhərində İmamzadə Əhməd ibni Musa Kazimin (ə) ziyarətgahına hücum edən terrorçu həkimlərin səyinə baxmayaraq ölüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fars əyaləti ostandarının müavini İsmayıl Muhibbipur açıqlama verib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, terrorçu, zərərsizləşdirildiyi zaman yaralanmışdı və həkimlərin səyinə baxmayaraq, o bu gecə ölüb.
Qeyd edək ki, terrorçunun İmamzadəyə hücumunda 15 nəfər həlak olmuş və onlarla mülki şəxs yaralanmışdı. Terrorçunun kimliyi və hansı ölkə vətəndaşı olması barədə hələ dəqiq və rəsmi məlumat yoxdur.