İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində təxribat törətməyi planlaşdıran iki terrorçu zərərsizləşdirilib.
Az.rasthaber.org xəbər verir ki, İranın Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Əlireza Merhameti Seravan şəhərində kamikadze hücumu həyata keçirməyi planlaşdıran iki terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Mersi, sözügedən terrorçuların heç bir hərəkətə keçmədən daşıdıqları partlayıcının partlaması nəticəsində zərərsizləşdirildiyini bildirib.