İranda 5.4 bal gücündə zəlzələ baş verib.
İranda 5.4 bal gücündə zəlzələ baş verib.
Rasthaber Azərbaycan "Sputnik"ə istinadla xəbər verir ki, yeraltı təkanlar Fars vilayətinin cənub-şərqində, Şiraz şəhərində 51 kilometr aralıda qeydə alınıb.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzindən bildiriblər ki, təkanlar yerli vaxtla saat 16:58-də (Bakı vaxtı ilə 17:28-də) Xanə Zənyan bölgəsində baş verib. Zəlzələnin ocağı 7 km dərinlikdə olub.
İrna-nın xəbərinə görə, bölgəyə xilasedicilər və ekspert qrupu göndərilib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.