21.10.2022 15:26:53
Təbrizli deputat Məsud Pezeşkiyana məsciddə hücum olunub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, millət vəkili Məsud Pezeşkiyan Təbrizdə məscidə gedən zaman naməlum şəxsin hücumuna məruz qalıb.
Naməlum şəxs əvvəlcə deputatın üstünə qışqırıb, daha sonra hücum edib, lakin deputatın ətrafındakılar sözügedən şəxsin fiziki hücumunun qarşısını alıb və qarşıdurma olmayıb.